ŞƏHƏR EKOLOGİYASI

şəhərdə insanlrın yaşayışı üçün əlverişli şəraitin yaradılması haqında elm. Buna yaşıllıqlar salmaqla, ekoloji arxitektura prinsiplərindən istifadə və çirklənməni azaltmaqla nail olmaq olar.
ŞƏHƏR
ŞƏHƏR İQLİMİ
OBASTAN VİKİ
Azərbaycan ekologiyası
Azərbaycan ekologiyası — Azərbaycan Respublikası ərazisindəki ekoloji vəziyyət. İqtisadiyyatın inkişafı, demoqrafik artımı, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur. Azərbaycanın nəzarətsiz qalmış ərazilərində meşə zolaqlarının qırılması və yandırılması, Araz çayı və qollarının çirkləndirilməsi, flora və fauna növlərinin məhv edilməsi, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini halları baş verir. Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisinə ziyan dəymişdir ki, 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, mədəni üzüm, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar ərazidən məhv olaraq dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, 1990-cı illərdən etibarən praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırkı vəziyyəti barədə məlumat yoxdur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı -Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də təhlükədə olmaqdadır.
Azərbaycanın ekologiyası
Azərbaycan ekologiyası — Azərbaycan Respublikası ərazisindəki ekoloji vəziyyət. İqtisadiyyatın inkişafı, demoqrafik artımı, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur. Azərbaycanın nəzarətsiz qalmış ərazilərində meşə zolaqlarının qırılması və yandırılması, Araz çayı və qollarının çirkləndirilməsi, flora və fauna növlərinin məhv edilməsi, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini halları baş verir. Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisinə ziyan dəymişdir ki, 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, mədəni üzüm, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar ərazidən məhv olaraq dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, 1990-cı illərdən etibarən praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırkı vəziyyəti barədə məlumat yoxdur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı -Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də təhlükədə olmaqdadır.
Dəniz ekologiyası
Dəniz ekologiyası - ekologiyanın dənizləri öyrənən sahəsi. Dəniz çirklənməsinin müxtəlif tərifləri var. Olduqca əhatəli elmi bir dəniz çirklənməsi tərifi 1970-ci ildə BMT tərəfindən reallaşdırılan ətraf çirklənməsi ilə əlaqədar konfransda verilmişdir. Bu tərifə görə dəniz çirklənməsi dəniz mühitinə və bioloji qaynaqlara zərər verəcək, insan sağlamlığına təhlükə yaradacaq, su məhsulları istehsalını da ehtiva edən dənizdən iqtisadi faydalanma imkanlarını məhdudlaşdıracaq və dənizin istirahət məqsədi ilə istifadə edilməsinə suyun keyfiyyətini pozaraq maneə yaradacaq şəkildə insanlar tərəfindən birbaşa və ya dolayı yollarla maddə və enerji buraxılması hadisəsidir. Başqa bir əhəmiyyətli dəniz çirklənməsi tərifi isə 2872 saylı Ətraf Mühit Qanununa əsaslanaraq Su Çirklənməsinə Nəzarət İdarəsi tərəfindən verilən tərifdir. "Dəniz çirklənməsi- dəniz qaynaqlarının kimyəvi, fiziki, bakteriyoloji, radyoaktif və ekoloji xüsusiyyətlərinin mənfi istiqamətdə dəyişməsi formasında müşahidə edilən və birbaşa ya da bilavasitə olaraq bioloji qaynaqlarda, insan sağlamlığında, balıqçılıqda, dəniz suyunun keyfiyyətində və dəniz suyunun digər məqsədlərlə istifadə edilməsində maneə törədici pozulmalar yaradacaq maddə və ya enerji tullantılarının boşaldılmasıdır." Dənizlərdə canlı həyatının kəmiyyətcə və növcə get-gedə azalması, şəhər, sənaye və əkinçilik tullantılarından qaynaqlanan dəniz çirkliliyinin artması sahil qurulaşmalarının genişlənməsi və həddindən artıq çox ovlanmanın əhəmiyyətli nəticəsidir. Müxtəlif yollardan meydana gələn dəniz çirkliliyi təbii qaynaqların davamlılığı və insanların gələcəyi baxımından böyük önəm daşıyır. Sənaye, dəniz nəqliyyatı, şəhərləşmə, turizm və tullantıların boşaldılması ilə yanaşı baş verən dəniz qəzaları ilə də hər keçən gün dənizlər daha sürətlə çirklənməyə başlamışdır. Dənizlərin istifadə sahələrindən biri, çirklilik əmələ gətirən deşarjlar üçün bir alıcı mühit olaraq istifadə edilməsidir. Bu çirklənmə dəniz sahilindəki məskunlaşma yerləri və sənayelərdən birbaşa ötürülə bildiyi kimi, axar sular, yağış suları və hava çirkliliyi ilə də daha uzaq bölgələrə daşıma yoluyla yarana bilər.
Kimya ekologiyası
Məişət ekologiyası
Məişət ekologiyası — İnsan populyasiyasının mövcudluğu və inkişafını təmin edən, əhalinin sağlamlığının qorunması və inkişafına xidmət edən, adamların fiziki və mənəvi qüvvələrinin rekreatsiyasına şərait yaradan, onların təkrar istehsalını təmin edən, adamları mənəvi-psixoloji cəhətdən formalaşdıran və insanla ətraf mühitin qarşılıqlı təsir qanunauyğunluğu əsasında reallaşan sosial-bioloji, mənəvi-psixoloji şəraiti əhatə edən mikromühit kimi dəyərləndirilir. Professor Sakit Hüseynov yazır ki, məişət ekologiyası anlayışı, başqa canlıların özünəməxsus yaşama yeri, insanın öz yaşama yeri, sosial-fəlsəfi baxımdan məişət şəraiti anlayışı kimi müəyyənləşdirilir. Bu mənada məişət ekologiyasını mənalandırarkən — insanın yaşma yeri olan mənzil-məişətin ekologiyası nəzərdə tutulur. Yaşamaq üçün hər bir canlı orqanizmin özünəməxsus yer seçməsi, oradan qida, su və s. tapması, zaman həddi ilə bağlı olan fəaliyyəti, müəyyən səbəbdən bir yaşayış yerini başqa yaşayış yeri ilə dəyişməsi, canlı orqanizmlərin həyat tərzi adlanır. Orqanizmin xarici aləmin, obyektiv təsirinə — işığa, temperatura, küləyə, yağışa, qara münasibəti də onun həyat tərzinə aiddir. Bu münasibətləri də ekologiya öyrənir. Professor Sakit Hüseynov göstərir ki, məişət ekologiyası insan ekologiyasının qorunmasında, onun fəaliyyətində mühüm zəruri əhəmiyyət kəsb edir. Buna görə də insan ekologiyasının qorunması digər amillərlə yanaşı, həm də məişət ekologiyasının normal təşkil olunması və yaxşılaşdırılmasından asılıdır. Məisət ekologiyasının normal təşkili və inkişaf səviyyasi isə əhalinin təmiz içməli su, keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsindən — rahat mənzil şəraitinin yaradılmasına qədər mürəkkəb və zəruri şərtlərin yerinə yetirilməsini tələb edir.
Radiasiya ekologiyası
Radiasiya ekologiyası - Ekologiyanın bölməsi olub radioaktiv maddələrin (nuklidlər) orqanizmə təsirini ayrı-ayrı ekosistem, populyasiya, orqanizm qrupu və orqanizmlərin ionlaşma şüalarına münasiətini, həmçinin ekosistemdə (populyasiya, biosenoloji mühit, xüsusilə torpaqda biosenozlarda) nuklidlərin yayılması (paylanması) və miqrasiyasını öyrənir. Yerüstü təmiz suların və dəniz ekosistemlərinin radioekologiyasına bölünür. Müxtəlif mexanizm, cihaz və qurğuların xarab olması və ya sıradan çıxması nəticəsində canlı orqanizmlərin normadan artıq dozada ionlaşmış təhlükəli şüalara məruz qalması. Uzun müddət yüksək dozalı radiasiyanın təsirilə ekosistemin dəyişməsi. Radiasiyaya ən çox davam gətirən torpaq yosunları sayılır. Sənaye personalını və əhalini ionlaşış şüalanmadan qorumaq istiqamətində aparılan tədbirlər. Radioaktivliyin (ionlaşmış şüaların) insan orqanizminə təsiri. Radiasiya.yükü radiasiyanın udulmuş dozası ilə ölçülür. Kosmik gəmi (KG) heyətini kosmik radiasiyadan KG.-də qoyulmuş nüvə reaktoru və ya izotop generatorunun şüalanması təsirindən mühafizə edən vasitədir. Kosmik radiasiyadan mühafizə sistemi heyəti hər tərəfdən əhatə etməlidir.
Torpaqların ekologiyası
ı Torpaqların ekologiyası- kənd təsərrüfatı ekologiyasının bölməsi; torpaqdan istifadə şəraitini təyin edən təbii faktorları öyrənir. Torpaqların ekologiyası təbiətin mühafizəsi fəaliyyəti ilə sıx bağlıdır. Bu termini L. Q. Ramenski (1938) təklif etmişdir. Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir. Zonal əkinçilik sistemləri çərçivəsində münbitliyin idarə edilməsi əhəmiyyətinə görə Azərbaycan torpaqlarının xassələrinin faktiki və optimal parametrləri əsasında doqquz blokdan ibarət münbitlik modeli hazırlanmışdır: Aqroekoloji blok Torpaq tərkibi bloku Torpaq rejimləri bloku Torpaq xassələri bloku Qiymətləndirmə bloku Biometriya bloku Torpaq faunası bloku Aqromeliorasiya bloku Monitorinq bloku Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir.
İnsanın ekologiyası
Ekologiya - insanın aləmdə tutuduğu yeri, rolu və fəaliyyəti haqında elmdir. İnsan və ətraf aləmin qarşılıqlı təsirinin qanunauyğun dərk edilməsinə istiqamətlənən elmdir. Bu qarşılıqlı əlaqələrin və fəaliyyətin dərk edilməsi və öyrənilməsi, insanın yaşayış mühitinin yaxşılaşdırılmasına, cəmiyyətdə baş verən proseslərin optimal və səmərəli olmasına kpmək etməlidir. Müasir mərhələdə insan ekologiyasının elmi müddəaları aşağıdakılardan ibarətdir: İnsan və bəşəriyyət əks reaksiya doğuran ətraf mühitin təsiredici amilləri altında olur. Ətraf mühit amillərinin insana və bəşəriyyətə olan təsiri həm müsbət, həm mənfi ola bilər. Xarici mühit amillərinin insan sağlamlığına, onun psixoloji halına, soial vəziyyətinə, demoqrafik göstəricilərə və s. təsirinin nəticəsi birbaşa və ya çox illərdən sonra özünü göstərə bilər. Xarici mühit amillərindən müdafiə, sivilizasiya zirehinin, süni yaşayış mühitinin yaradılması mütləq digər neqativ amillərin yaranmasına gətirib çıxarır. Texniki tərəqqi, insanları təbiətin neqativ təsirindən müdafiə edərək, eyni zamanda insana təsir göstərən neqativ amillərin sayının artmasına səbəb olur. Dəyişkən xarici mühit şəraitində insanın yaşamsı üçün, bu şəraitə adaptasiya olmaq lazımdır.
Bitki ekologiyası
Bitki ekologiyası — ekologiyanın bitki orqanizmləri, eləcə də bitkilər və onların ətraf mühiti arasında qarşılıqlı asılılıq və əlaqəni öyrənən elm sahəsi. Bitki ekologiyasına misal olaraq Şimali Amerikada mülayim yarpaqlı meşələrin yayılması, quraqlığın və ya daşqının bitkilərin sağ qalmasına təsiri, səhra bitkilərinin su uğrunda mübarizəsi və ya otlayan heyvan sürülərinin otlaqların tərkibinə təsiri göstərilə bilər. Yer kürəsinin əsas bitki növləri O.V. Arçibold tərəfindən təqdim edilmişdir: Arçibold 11 əsas bitki növü ayırmışdır: tropik meşələr tropik savannalar quraqlıq bölgələr (səhralar) Aralıq dənizi ekosistemləri mülayim meşə ekosistemləri mülayim çəmənliklər iynəyarpaqlı meşələr tundra (həm qütb, həm də yüksək dağ) quru bataqlıq əraziləri şirin su sahili ekosistemləri dəniz sistemləri Bitki və bitki örtüyünün tədqiqi onların formasına görə mürəkkəbdir. Birincisi, bitkilərin əksəriyyəti torpaqda kök salır, bu da qida maddələrinin qəbulunu və növlərin qarşılıqlı təsirini müşahidə etmək və ölçməyi çətinləşdirir. İkincisi, bitkilər çox vaxt vegetativ yolla çoxalır və müxtəlif bitkiləri ayırd etməyi çətinləşdirir. Əslində fərd anlayışının özü şübhəlidir, çünki hətta bir ağac da əlaqəli meristemlərin böyük toplusu kimi qəbul edilə bilər. Nəticə etibarı ilə bitki ekologiyası və heyvan ekologiyası çoxalma, yayılma və qarşılıqlılıq kimi proseslərlə bağlı problemlərə müxtəlif yollarla yanaşır. Bəzi bitki ekoloqları populyasiya ekologiyasına diqqət yetirərək bitki populyasiyalarına heyvan populyasiyaları kimi yanaşmaq cəhdlərinə çox diqqət yetirirlər. Bir çox digər ekoloqlar hesab edirlər ki, müəyyən elmi problemləri həll etmək üçün əhali ekologiyasından istifadə etmək faydalı olsa da, bitkilər ekoloqlardan problemə, miqyasa və vəziyyətə uyğun olan çoxsaylı perspektivlərlə işləməyi tələb edir. Bitkiləri müəyyən edən xüsusiyyətlərdən biri də fotosintezdir.
Media ekologiyası
Media ekologiyası — media, texnologiya və kommunikasiyanı və onların insan mühitinə necə təsir etdiyini öyrənən nəzəriyyə. Nəzəri konsepsiyalar 1964-cü ildə Marşall MakLuhan tərəfindən təklif edilmişdir. Media ekologiyası termini isə ilk dəfə rəsmi olaraq 1968-ci ildə Nil Postman tərəfindən təqdim edilmişdir. Bu kontekstdə ekologiya medianın istifadə olunduğu mühitə – onların nə olduğu və cəmiyyətə necə təsir etdiyinə aiddir. Nil Postman qeyd etmişdir ki, "biologiyada "mühit" bakteriya mədəniyyətinin böyüdüyü bir şeydirsə (Petri qabında olduğu kimi), media ekologiyasında mühit [insan] mədəniyyətinin böyüdüyü texnologiyadır". Başqa sözlə, "media ekologiyası ünsiyyət vasitələrinin insan qavrayışına, anlayışına, hisslərinə və dəyərlərinə necə təsir etməsi, media ilə qarşılıqlı əlaqələrinin onların yaşamaq şansını necə asanlaşdırması və ya əngəlləməsi məsələsinə baxır. Ekologiya sözü bu mühitlərin öyrənilməsini nəzərdə tutur: onların strukturu, məzmunu və insanlara təsiri. Nəticə etibarı ilə mühit, insanlara müəyyən düşüncə, hiss və davranış üsullarını tətbiq edən mürəkkəb mesaj sistemidir." Bundan əlavə, alimlər medianı geniş şəkildə cəmiyyətin təbiəti və mədəniyyətini ikisi arasında "trafik"i öyrənən media ekologiyası ilə birləşdirən infrastruktur sistemi ilə müqayisə etmişdilər. Marşall MakLuhan təcridin sonunu xarakterizə etmək üçün qlobal kənd ifadəsini işlətmişdir: "insanlar artıq təcrid olunmuş vəziyyətdə yaşaya bilməzlər, əksinə, həmişə davamlı və ani elektron media ilə bağlanacaqlar". MakLuhan "Qutenberq qalaktikası: Tipoqrafik insanın yaradılması" kitabında qlobal kənd ideyasına toxunur: "Bir kəndin xarakteri belədir və ya elektrik mediası olduğu üçün qlobal kəndin də xarakteri belədir.
Cəm (şəhər)
Cəm — İranın Buşehr ostanının şəhərlərindən və Cəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,809 nəfər və 2,734 ailədən ibarət idi.
Cəmilə (şəhər)
Cəmilə (ərəb. جميلة‎) — Əlcəzairin şimal-şərqində, Təll-Atlas diyarında, Setiv vilayətində kənd. Eramızın 96–97 illərində Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı hərbi koloniya və istehkam kimi salınmış Kuikul şəhərinin yerində yaranmışdır. Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir. III əsrdə əhalisinin sayı 20 min nəfərə çatmışdı. 455-ci ildə vandallar tərəfindən tutulmuş, 533-cu ildə bizanslılar tərəfindən geri alınmışdır. VI əsrin sonlarında şəhərin tənəzzülü başlamışdı. 1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsi müntəzəm planlıdır: hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, Köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunmuşdur. Şəhərin bayırında 3 min nəfər tamaşaçı yeri olan teatr binası (161), Kommod termaları (183–185), Karakalla tağı (216), Severlərin forumu, Apsidalı ev, fəvvarələr inşa edilmişdi.
Dairəvi şəhər
Dairəvi şəhər (Əl-Mansur şəhəri də adlandırılır: sülh şəhəri)— 762-767-ci illərdə tikilmiş İraqın Bağdad şəhərində qədim şəhər.
Delphi (şəhər)
Delfi — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbədir. Antik çağlarda Yunan xalqları üçün əhəmiyyətli bir dini mərkəz idi.
Ellər (şəhər)
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Eyr (şəhər)
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Fatima (şəhər)
Fatima (port. Fátima) — Santarem qraflığında Portuqaliyanın şəhəri. Həmçinin 1917-ci ildə Məryəm ananı gördüyünü iddia edən üç çobanın yaşadığı və sonradan müqəddəs bir yer olaraq qəbul edilən kəndin adıdır. Katolik kilsəsi bunun xatirəsinə dövlətin də köməyi ilə nəhəng bir Katedral inşa etdirmişdir. Fatima yalnız Portuqaliyanın deyil, Roma-Katolik Kilsəsinin ən əhəmiyyətli həcc yerlərindən biridir.
Fua (şəhər)
Fua(fr. Foix, oks. Fois) — dəniz səviyyəsindən 380 m yüksəklikdə yerləşən Pireney qövslərindəki bir şəhər, Fransanın Aryej departamentinin mərkəzi olan Andorra ilə şimalıda sərhəddir . Əhalisi 9,712 nəfərdir (2008). Şəhərdə qraf de Fuanın orta əsrlərə aid Fua qəsri yerləşir. 1212–1217 illərdə Fua qəsri bir neçə dəfə Simon De Monforaya qarşı müdafiə olunmuşdur, lakin 1272-ci ildə III Filip tərəfindən zəbt edilmişdir. XV əsrdə qəsr bərpa edilib və XIX əsrdə restavrasiya olunmuşdur.
Fukuoka (şəhər)
Fukuoka (福岡市, Fukuoka-shi) — Yaponiyanın cənub-qərbində yerləşən liman-şəhər. Mühüm sənaye mərkəzi. Şəhər, Nakaqava çayı ilə iki hissəyə bölünür: Hakata (ticari rayon) və Fukuoka (inzibati və biznes mərkəzi).
Füzuli (şəhər)
Füzuli şəhəri — Azərbaycan Respublikasında şəhər, Füzuli rayonunun mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fəs (şəhər)
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Givi (şəhər)
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: Dəmirçi, Sitallı, Gəylər, Bazar. Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Gorus (şəhər)
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Göygöl (şəhər)
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır. 22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir.